Lənkəranda veloyürüş keçirilib

ESTAFET/ Hirkan Milli Qoruğunda 9 noyabr - Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya günü münasibətilə “Velosiped sürək, ətraf mühiti qoruyaq” devizi altında veloyürüş keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yürüşdə 300-dən çox yeniyetmə və gənc iştirak edib.
Start nöqtəsi Hirkan Milli parkının qarşısında olan veloyürüş Xanbulan gölü ətrafında başa çatıb. Tədbirin təşkilində əsas məqsəd Dövlət Bayrağı Gününü və Konstitusiya gününü qeyd etməklə yanaşı, sağlam həyat tərzinin təbliği, gənclərin asudə vaxtlarının səmərəli təşkili və velosiped idmanına marağın artırılmasıdır.
