10-cu turun oyun cədvəli açıqlandı

ESTAFET/ Futzal üzrə Yüksək Liqada 10-cu turun təqvimi müəyyənləşib. Azərbaycan Futzal Federasiyası oyunların keçirilmə vaxtını açıqlayıb.
Turun qarşılaşmaları dekabrın 2-də Bakı İdman Sarayında baş tutacaq.
Yüksək Liqa, 10-cu tur
2 dekabr 2019
12:00. “Baku Fire” – “Araz”
14:00. “Neftçi” İK – “Marafon”
16:00. EKOL - “Premier” (Quba)
18:00. “Yasamal” İSK – “Bakı” TFK
20:00. “Record club” – “Xızı Futzal”
