FIDE QRAN PRİ-2017: ŞARCA - SON TUR
ESTAFET/ Bu gün Şarca (BƏƏ) şəhərində 4 mərhələdən ibarət olan FIDE-nin Qran-Pri seriyasından olan 1-ci mərhələnin son turunun oyunları keçirilib. 
 
Keçirilən qarşılaşmalar aşağıdakı nəticələrlə yekunlaşıb.
 
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Hou Yifan (Çin) 1-0  
Aleksandr Ryazantsev (Rusiya) Yon Lyudviq Hammer (Norveç) 0,5-0,5 
Makim Vaşyer-Laqrav (Fransa) - Aleksandr Qrişuk (Rusiya) 0,5-0,5 
Riçard Rapport (Macarıstan)- Li Çao (Çin) 0,5-0,5 
Hikaru Nakamura (ABŞ) - Maylk Adams (İngiltərə) 0,5-0,5  
Dmitriy Yakovenko (Rusiya) - Yan Nepomnyaşni (Rusiya) 0,5-0,5
Fransisko Falyexo Pans (İspaniya) - Yevgeni Tomaşevskiy (Rusiya) 0,5-0,5  
Pavel Elyanov (Ukrayna) - Saleh Salem (Misir) 1-0

Dinq Liren (Çin) Levon Aronyan (Ermənistan) 1-0

 

Aktivində 5,5 xal olan Maksim Vaşyer-Laqrav, Aleksandr Qrişuk və Şəhriyar Məmmədyarov Qran Pridə 1-3-cü yerləri bölüşdürüblər. Bununla da hər 3 şahmatçı 140 bala sahib olublar.

 

Xatırladaq ki, 4 mərhələdən ibarət olan Qran Pri seriyasında yekunda ən çox bal toplayan 2 şahmatçı Dünya Şahmat Tacı uğrunda oyuna vəsiqə verən İddialıların Turnirinə vəsiqə qazanacaq. Seriyada 24 şahmatçı mübarizə aparır və hər bir şahmatçı 3 mərhələdə iştirak etməlidi. Burada Azərbaycandan Şəhriyar Məmmədyarovla bərabər Teymur Rəcəbov da mübarizə aparır.