ABF Qış Turniri başa çatdı

ESTAFET/ Azərbaycan Texniki Universtitetinin basketbol arenasında 3x3 basketbol üzrə ABF-nın Qış Turniri keçirilib.

Turnirdə 10-11 yaş qrupunda oğlan və qızlardan təşkil edilən 16 komanda iştirak etdi. Gərgin mübarizə şəraitində və şən bayram əhval-ruhiyyəsində keçən turnirin qalibi 2 saylı RİUGİM-nin komandası oldu.

2-ci 3-cü yerləri "Təhsil" RİM və 7 saylı "İOEUGİM" -nin komandaları bölüşdürdü. Qaliblər Azərbaycan Basketbol Federasiyasının qiymətli hədiyyələri ilə mükafatlandırıldı.

Müəllif: Məsim MƏSİMZADƏ