Karate 2022-ci ildə Yeniyetmələrin Olimpiya Oyunlarında

ESTAFET/ Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Icariyyə şurası karatenin 2022-ci ildə Yeniyetmələrin Olimpiya oyunlarının proqramına daxil edilməsi ilə bağlı qərar qəbul edib.
Yeniyetmələrin Olimpiya Oyunları 21 oktyabr - 15 noyabr tarixlərində Seneqalın paytaxtı Dakarda keçiriləcək. Yarış altı kumite kateqoriyasından ibarət olacaq. Oğlanlar və qızlar 3 çəki dərəcəsində mübarizə aparacaqlar. İştirakçıların sayı isə 8-dən 12-dək artırılacaq.
Xatırladaq ki, karate ilk dəfə 2018-ci ildə Buenos-Ayresdə Yeniyetmələrin Olimpiya Oyunlarının proqramına salınıb. Keçən yarışda hər çəki dərəcəsində 8 idmançı iştirak etmişdi.
