Millimizə qarşı BOS-da oynamış futbolçu Rusiyaya buraxılmadı

ESTAFET/ İsveçrənin “Bazel” klubunun kosovolu futbolçusu Edon Jeqrova Avropa Liqasının qrup mərhələsində "Krasnodar"la səfər görüşü üçün Rusiyaya buraxılmayıb. Buna səbəb həmin ölkənin Kosovonun müstəqilliyini tanımamasıdı.
Nəticədə futbolçu viza problemi ilə üzləşib. Klub bu problemi çözə bilmədiyi üçün 20 yaşlı futbolçu geri qaytarılıb.
Bəzi kosovolu futbolçular Albaniya vətəndaşlığı alaraq, belə problemlər zamanı viza ala bilir. Lakin Edon yalnız Kosovo vətəndaşıdı.
Xatırladaq ki, Jeqrova ötən il Millətlər Liqasıda Azərbaycan yığmasıyla hər 2 matçda çıxış edib. O, Bakı Olimpiya Stadionundakı (BOS) görüşdə əsas heyətdə yer alıb, Priştinadakı matçda isə sonradan meydana çıxıb.
Mənbə: Sport24
