BUDAPEŞT GERİ ÇƏKİLDİ
ESTAFET/ Gözlənildiyi kimi, Macarıstanın paytaxtı Budapeşt 2024-cü il Yay Olimpiya Oyunlarınının təşkili üçün təqdim etdiyi sifariş ərizəsini rəsmən geri götürüb. Şəhər rəhbərliyi bu barədə hələ bir müddət öncə məlumat vermişdi.
Bununla da, dördilliyin zirvə yarışı uğrunda mübarizədə yalnız iki şəhər - Fransa paytaxtı Parislə ABŞ-ın Los-Anceles şəhərləri qalıb. Olimpiadanın keçiriləcəyi məkan isə sentyabrın 13-də Beynəlxalq Olimpiya Komitəsinin Lima (Peru) şəhərində keçiriləcək iclasında müəyyənləşəcək.