Edi 2200 reytinq xalı qazandı

ESTAFET/ İtaliyanın Milan şəhərində keçirilən "Italian International 2019" turnirinə yekun vurulub. Kişi badmintonçuların şəxsi yarışında çıxış edən Edi Reski Dviçayo "International Challenge" kateqoriyalı turnirdə mübarizəyə əsas mərhələdən başlayıb. 1/16 finalda Almaniya təmsilçisi Samuel Hsiaoya 2:1 (15-21,21-16,22-20) hesabı ilə qalib gələn Edi 1/8 finalda Avropa bamdintonunun ulduzu, son qitə çempionatının finalçısı fransalı Brays Leverdezlə qarşılaşıb. Badmintonçumuz gərgin və maraqlı mübarizə şəraitində keçən görüşdə turnirin 1 nömrəli reytinq favoriti,son iki olimpiadanın iştirakçısını məğlub etməyi bacarıb. İlk setdə Leverdezə 10-21 hesabı ilə uduzan Edi, ardıcıl iki setdə qələbə qazanaraq möhtəşəm geridönüşə imza atıb! 2:1 (10-21,21-11,21-19) 1/4 finalda digər Fransa badmintonçusu Lukas Korvi ilə qarşılaşan Edi ayağındakı ağrılar səbəbindən görüşü yarıda dayandırmaq məcburiyyətində qalıb. 1/4 finalda mübarizəni dayandıran Edi hesabına 2200 reytinq xalı yazdırıb.
