Bütün biletlər 3 dəqiqəyə satıldı
ESTAFET/ Konor Makreqorla Donald Serrone arasında keçiriləcək döyüşün biletləri satışa çıxarılıb. Satışa çıxarılan 20 min biletin hamısı 3 dəqiqə ərzində satılıb.
Bilet satışından 10 milyon dollar gəlir əldə edilib. Döyüş yanvarın 18-də Las-Veqasda keçiriləcək. Konor son döyüşünü ötən ilin oktyabrında Həbib Nurməhəmmədova qarşı keçirib və məğlub olub.