İrina Zaretska Seriya A turnirində

ESTAFET/ Böyüklərdən ibarət karate üzrə əsas milli komandamız 2020-ci il mövsümündə mübarizəyə başlayır. Qadın komandasının lideri İrina Zaretska (68 kq) 10-12 yanvar tarixlərində Çilinin paytaxtı Santyaqoda Karate1 Seriya A turnirində iştirak edəcək. Dünya və Olimpiya reytinqinin birincisi İ.Zaretskanı Cənubi Amerikada qadınların baş məşqçisi Denis Morozov müşayiət edəcək.
Dünya Karate Federasiyasının (WKF) bu nüfuzlu turnirinə 65 ölkədən 466 karateçi qatılacaq. Yarışın hər mərhələsi idmançılara olimpiya reytinq xalları qazandıracaq.
