5-ci "Arpachay Open" Beynəlxalq xatirə turniri başlanır

ESTAFET/ 17-19 Yanvar tarixlərində "Arpaçay Karate Klubu" və Azərbaycan Milli Karate Federasiyasının (AMKF) birgə təşkilatçılğı ilə uşaq, yeniyetmə və gənclər arasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq karate turniri keçiriləcək.

Bakı İdman Sarayında 5-ci açıq beynəlxalq turnirində 12 ölkədən 900-dək idmançı iştirak edəcək. İran, Rusiya, Türkmənistan, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Küveyt, Türkiyə, Mərakeş, Oman və ölkəmizi təmsil edən karteçilər yarışın ilk günü bütün yaş qruplarında kata çıxışlarına qatılacaq. Ertəsi gün 6-11 yaşlı uşaqların kumite çıxışları, bazar günü isə 12-17 yaşlı yeniyetmə və gənclərin döyüşləri keçiriləcək. Yarışı milli hakimlərimizlə birgə, 5 ölkədən 22 beynəlxalq hakim idarə edəcək. 

Turnirin tənətənəli açılış mərasimi 18 Yanvar saat 17:00-da başlanacaq. 

Müəllif: Bəhruz MƏMMƏDOV