TAEKVONDOÇULARIN NÖVBƏTİ SINAĞI HOLLANDİYADA OLACAQ
ESTAFET/ Azərbaycan Taekvondo Federasiyasından verilən xəbərə görə, Hollandiyanın Eindhoven şəhərində nüfuzlu “Dutch Open” beynəlxalq turnirı keçiriləcək. Dünya Taekvondo Federasiyası və Hollandiya Taekvondo Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək yarışa 11 mart tarixində start veriləcək. İki gün davam edəcək və sayca 44-cü olan G1 kateqoriyalı reytinq xarakterli turnirdə, ölkəmizi böyüklərdən və gənclərdən ibarət yığma komandalarımız təmsil edəcək.
Türkiyədə keçirilən yarışı uğurla başa vuran təmsilçilərimiz bu turnirdə də qüvvələrini sınayacaq. Komandalarımız artıq Hollandiya yollanıb. Milli komandalarımiz yarışa aşağıdakı heyətlə qatılır:
Böyüklər:
Qaşım Maqomedov, Mikayıl Əliyev (hər ikisi 54 kq), Fizam Mehtiyev (58 kq), Məmmədalı Quliyev, Məhəmməd Məmmədov (hər ikisi 63 kq), Ayxan Tağızadə, Sina Bahrami (hər ikisi 68 kq), Əliəsgər Əliyev (74 kq), Milad Beiqi Harçeqani (80 kq), Ramin Əzizov, Payam Qobadi Oğaz (hər ikisi 87 kq), Radik İsayev (+87 kq) Panis Esmaeilpour (46 kq), Patimat Abakarova, Gülhanım Yeşildal (hər ikisi 53 kq), Yaprak Eriş (57 kq), Darya Şkurko (62 kq) və Fəridə Əzizova (67 kq).
Gənclər:
Xanoğlan Kərimov (45 kq), Bəhruz Quluzadə (48 kq), Ayaz Qənbərli (51 kq), Samir Məhərrəmov, Ruslan Seyidov (hər ikisi 55 kq) Cavad Ağayev (63 kq), Minayə Əkbərova (42 kq), Mirvari Qəndərli (44 kq), Sevda Pirseyidova (46 kq) və Zalikə Babayeva (49 kq).