XV turun ən yaxşısı Miyusko Boyoviçdir: APL - 2019/2020
ESTAFET/ “InStat”ın təhlilinə əsasən futbol üzrə Azərbaycan Premyer Liqasının XV turun ən yaxşı futbolçusu məlum olub.
“Keşlə”nin müdafiəçisi Miyusko Boyoviç 319 göstərici ilə rəqiblərini üstələyib. Qeyd edək ki, monteneqrolu futbolçu “Qəbələ”yə qarşı görüşü (2:1) əvəz edilmədən keçirib və 1 qolla yadda qalıb.