Türkiyə klubu çempionatdan çəkildi

ESTAFET/ “Elazığspor” klubu zəlzələyə görə II Liqadan çəkilmək üçün Türkiyə Futbol Federasiyasına (TFF) müraciət edib. TFF-nin rəsmi saytı xəbər verir ki, əyalət təmsilçisinin istəyi qəbul olunub.

Qeyd edək ki, yanvarın sonlarında Elazığda 6,8 bal gücündə zəlzələ baş verib. 

Son məlumata görə, zəlzələ nəticəsində 40-dək insan dünyasını dəyişib. (sport24.az)

Müəllif: Orxan NOVRUZOV