LİDERLƏRSİZ KEÇİRİLƏN AZƏRBAYCAN ÇEMPİONATI BAŞA ÇATDI

ESTAFET/ Bu gün şahmat üzrə kişilər arasında keçirilən Azərbaycan çempionatı başa çatıb. Çempionatın qalibi adını 9 turdan 7,5 xal toplayan Nicat Abbasov (2583) qazanıb. Ondan yarım xal az toplayan Misrətddin İsgəndərov (2426) ikinci olub. 6 xal toplayan Vüqar Rəsulov (2506) isə çempionatın bürünc medalına yiyələnib.

 

Son turda qeydə alınan nəticələri təqdim edirik.

 

Abdulov Orxan (2384) - Abbasov Nicat (2583) 0-1

Eynullayev Altay (2274) - İsgəndərov Misrətdin (2426) 0-1

Sevdimalıyev Urfan (2376) - Vüqar Rəsulov (2506) 0,5-0,5

Bəşirli Nail (2369) - İdrisov Təbriz (2315) 0,5-0,5

Ağayev Nicat (2340) - Əhmədzadə Əhməd (2343) 0,5-0,5

Muradlı Məhəmməd (2331) - Zeynalov Fərid (2317) 0-1

Zeynallı Rəşad (2237) - Əliyev Rəvan (2261) 0-1

Qədimbəyli Abdulla (2315) - Mustafin Andrey (2270) 1-0

Süleymanlı Aydın (2390) - Bayramov Zaur (2229) 0,5-0,5

Əhmədov Fariz (2165) - Quliyev Loğman (2365) - : +

Həsənzadə Toğrul (2377) - Bayramov Elvin (2280) + : -

Söyünlü Nərmin (2032) - Quliyev Sərxan (2403) 0,5-0,5 

 

Qeyd edək ki, yığma komandanın əsas üzvləri - Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Rauf Məmmədov, Qədir Hüseynov çempionatda iştirak etməyib.