Rafiz qızıl, İrina isə bürünc medal qazanıb
ESTAFET/ Azərbaycan karateçiləri Avstriyada Karate1 Premyer liqa turnirində iki medal qazanıblar. Rafiz Həsənov (67 kq) yarışın qalibi, İrina Zaretska (68 kq) isə bürünc mükafatçı olub.
Yarışın son günü medal görüşlərinə çıxan digər idmançılarımız Ayxan Mamayev (84 kq) və Asiman Qurbanlı (+84 kq) bürünc mükafat şanslarını əldən veriblər.
Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışının 3-cü mərhələsində 88 ölkədən 625 karateçi iştirsak edib. Turnir karateçilərə həmçinin dünya və olimpiya reytinqi xalları qazandırıb. Beynəlxalq hakim Cahangir Babayev final görüşlərini idarə edən referilər arasında olub. Azərbyacan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov mükafatlandırma mərasimində iştirak edib.