Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
75-ci oyunda ilk -
75-ci oyunda ilk

ESTAFET/ “Səbail” futbol üzrə Azərbaycan Premyer Liqasında yubiley – 75-ci oyununu keçirib. Bu, XIX turun “Neftçi” ilə səfər matçına təsadüf edib. Hesabında 23 qələbə və 37 məğlubiyyət olan paytaxt təmsilçisi yubiley – 15-ci heç-heçəsinə imza atıb – 1:1.

75-ci qarşılaşma ilklə də əlamətdar olub. Eriko da Silva klubun tarixinə Premyer Liqa oyununda avtoqol müəllifi olan ilk futbolçu kimi düşüb. Premyer Liqada 3-cü mövsümünü keçirən komanda avtoqola üzülən 43-cü klub kimi tarixə düşüb.

Müəllif: Natiq NƏSİROV