Rəcəbovun İddialılar Turnirindən imtina səbəbi bəlli oldu

ESTAFET/ Xəbər verdiyimiz kimi, FIDE-nin rəsmi saytında şahmatçımız Teymur Rəcəbovun İddialılar Turnirindən şəxsi səbələr üzündən imtina etdiyi haqda məlumat verilmişdi.
Teymur Rəcəbovun ilin əsas yarışı olan İddiaçılar Turnirindən imtina etməsi, heç də FIDE-nin elan etdiyi kimi "şəxsi səbələr" üzündən deyilmiş. Əsas səbəb turnirdə iştirak edəcək 2 Çin şahmatçısına koronavirus təhlükəsinə qarşı görülməli olan tədbirlərin (karantin) fərqli olmasıdır. Rəcəbov öz şəxsi instagram hesabında bununla əlaqədar FIDE ilə yazışmalarını yaxın vaxtlarda açıqlayacığını bildirib.
Qeyd edək ki, Çin təmsilçilərindən Din Lijen 2 həfətlik karantinə alındığı halda, bu ölkənin digər təmsilçisi Van Xao bundan imtina edib. O bunu, artıq 2 aydan çoxdur vətənində deyil, Yaponiyada olması ilə əlaqələndirib. Lakin Rəcəbov bununla razılaşmayıb və FIDE ilə bu barədə danışıqlar aparıb.
