Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
4 GİMNASTIMIZ DÜNYA KUBOKUNUN FİNALINDA -
4 GİMNASTIMIZ DÜNYA KUBOKUNUN FİNALINDA

ESTAFET/ Xəbər verdiyimiz kimi, Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku start götürüb. Dünya Kubokunda 23 ölkədən 85 kişi, 35 qadın gimnastı mübarizə aparır. 16-17 mart tarixlərində təsnifat mərhələsinin yarışları, 18-19 mart tarixlərində isə müxtəlif alətlər üzrə finallar keçiriləcək.

 

Qeyd edək ki, yarışlar qarşıdakı Olimpiya dövrü üçün bu ildən qüvvəyə minən yeni qaydalarla keçirilir. Kişilər 6, qadınlar isə 4 dəst medal uğrunda mübarizə aparırlar.  

 

Artıq 4 gimnastımız final mərhələsinə vəsiqə qazanıb. Finala ilk vəsiqə dayaqla tullanma hərəkətlərində Mariya Nekrasovadan gəlib.

 

Daha sonra gimnastımız Murad Ağarzayev paralel qollarda hərəkətdə 13.433 xal toplayaraq Dünya Kubokunun final mərhələsinə yüksəlib.


Hımçinin gimnastlarımızdan Yuliya İnşina və Yekaterina Tişkova da paralel qollardakı çıxışalrda göstərdikləri nəticələrə görə finala çıxıblar. Təsnifatın son nəticələrinə görə, İnşina 11.866 xalla 6-cı, Tişkova isə 11.400 xalla 8-ci olub. Gimnastlarımız bu növdə finalda Çin gimnastları Cenyu Vanq, Çunsonq Şanq, avstarliyalı gimnastlar Corcia-Rouz Braun və Rianna Mizzen, Ukrayna təmsilçiləri Diana Varinska və Angelina Radivilova da mübarizə aparacaqlar.