Komandalar yaxşı formada idi...": Qurban Qurbanov

ESTAFET/ "Çempionatın dayanmasına münasibətim normaldır və bunu doğru qərar sayıram. Azarkeşli, yaxud azarkeşsiz - fərq etmir. Hər bir halda dövlətimizin verdiyi qərardır, buna hörmətlə yanaşmalıyıq. Hörmətlə yanaşmaqla bərabər həm də əməl etməliyik". Bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov söyləyib.

Təcrübəli mütəxəssis Premyer Liqamızda yaranmış fasilə komandaların gələcək durumuna necə təsir edəcəyi ilə bağlı sualı belə cavablandırıb: "Fasilənin nə qədər sürəcəyi bəlli deyil. Amma istənilən halda futbolsuzluq bütün komandalara eyni dərəcədə təsir edəcək. Komandalar yaxşı formada idi, idman formasını tapmışdılar. Belə vəziyyətdə fasilənin yaranması öz təsirini göstərəcək. Yenə deyirəm, qərara hörmətlə yanaşırıq".

Qurbanov mempionata bu yerdə son veriləcəyinə inanmadığını açıqlayıb: "Birlikdə gözləyək, hansı qərar veriləcəksə, ona uyğun addım atacağıq. İstənilən halda məlum xəsətlikdən qorunmalı, çıxış yolları tapmalıyıq. Ümid edirəm ki, aprelin ortalarında çempionat bərpa olunacaq və mayın sonunda başa çatacaq" ("Futbol+").

Müəllif: Natiq NƏSİROV