Yaponiyada fasilə müddəti uzadıldı

ESTAFET/ Futbol üzrə Yaponiya çempionatında koronavirus pandemiyası səbəbiylə yaranan fasilənin müddəti artırılıb. Bu barədə Yaponiya Futbol Liqası məlumat yayıb. 

Məlumatda, pandemiya səbəbiylə fevralın 25-dən yaranan fasilənin müddətinin artırıldığı və mayın 9-dək olan oyunların təxirə salındığı bildirilib.

Daha əvvəl çempionatın aprelin 3-dək dayandırılması qərara alınmışdı. (sport24.az)

Müəllif: Estafet.az