Ən güclü qonaq

ESTAFET/ Futbol üzrə Azərbaycan Premyer Liqasının cari mövsümündə ən güclü səfər komandası “Qarabağ”dır. Son çempion səfərdə hamıdan çox - 20 xal toplayıb. Vurulan və buraxılan qollarda da ən yaxşı göstərici çempionatın liderinə məxsusdur. “Neftçi” və “Keşlə”nin aktivində eyni qədər xal var. Lakin “ağ-qaralar” həm top fərqində öndədir, həm də bir matç az keçirib. “Zirə” isə səfərdə ən az xal toplayan komandadır.

Müəllif: Orxan NOVRUZOV