"Çempionatı ləğv etmək əsassızdı": UEFA-dan tövsiyə

ESTAFET/ UEFA milli çempionatları vaxtından əvvəl bitirməyin əleyhinədi. "Sky Sports"un məlumatına görə, qurum bununla bağlı 55 üzv assosiasiyaya məktub göndərib.

Məktubda yaxın aylarda futbolun bərpa olunacağına əminlik ifadə olunmaqla yanaşı, daxili çempionatların ləğv edilməməsi tövsiyə edilib: "Əminik ki, yaxın aylarda futbol yarışları yenidən davam edə bilər. Bu mərhələdə daxili çempionatları ləğv etmək üçün verilən hər hansı bir qərar əsassızdı. Yaxın aylarda futbol dövlət orqanlarının tələb etdiyi şərtlərlə davam edə bilər. Turnirlərin qaliblərinin yalnız nəticələr əsasında müəyyənləşdirilməsi lazımdı. Bu amil mövcud olmadıqda mövsümün başa çatdırılması son seçim olmalıdı. UEFA  klubların 2020/2021 mövsümündə beynəlxalq yarışlarda iştirak etmək üçün tətbiq olunan yarış qaydalarını qiymətləndirmək hüququnu özündə saxlayır. İdmanımızın əsas dəyərlərini bizimlə bölüşdüyünüzü bilirik və yarışın bütövlüyünü qorumaq üçün missiyamızda dəstəyinizi hiss edirik”.

Qeyd edək ki, ötən gün Belçikada çempionatın ləğv olunduğu və "Brügge"nin çempion elan olunduğu bəyan edilib. 

Müəllif: Natiq NƏSİROV