UEFA milli çempionatlarla bağlı qərarını açıqladı

ESTAFET/ Bu gün UEFA və ona üzv olan milli assosiasiyaların nümayəndələri arasında videokonfrans keçirilib. Tədbirdə koronavirus pandemiyası ilə bağlı yarımçıq dayandırılan 2019/20 mövsümü ilə bağlı müzakirələr aparılıb.

Yekunda aşağıdakı bir sıra məsələlərlə bağlı razılıq əldə olunub. May və iyunda bərpa olunacaq yarışlar iyulun 31-dək yekunlaşmalıdır ki, növbəti mövsüm avrokubokda iştirak edəcək komandalar bəlli olsun. Avrokubokların qalan oyunlarının avqustda keçirilməsi planlaşdırılıb. Qitəmiqyaslı turnirlər milli çempionatlara yekun vurulduqdan sonra bərpa olunacaq.

Yığmaların payızda keçirilməli olan qarşılaşmaları planlaşdırılan tarixdə oynanıla bilər. UEFA hüquqi məsələlərlə bağlı tövsiyyələr də verəcək ki, müqavilə ilə bağlı məsələlər klublar və oyunçuların səlahiyyətində qalması razılaşdırılıb.

Assosiasiyalarla növbəti videokonfransən mayda keçirilməsi qərara alınıb. 

Qeyd edək ki, aprelin 23-də UEFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək.

Müəllif: Natiq NƏSİROV