La Liqanın daha bir klubu məşqləri bərpa edir

ESTAFET/ İspaniyanın “Real Sosyedad” klubu məşqlərə başlayır. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda, klubun koronavirus pandemiyası səbəbiylə dayandırılan məşqləri aprelin 14-dən bərpa edəcəyi bildirilib.
Klub, məşqə qatılmağın məcburi olmadığını, eyni zamanda, məşqlərin toplu halda keçirilməyəcəyini bildirib. Məşq zamanı lazımi qaydalara əməl ediləcək.
