PREZİDENTLƏ ZARAFAT EDİBLƏR
ESTAFET/ Bu gün Beynəlxalq Şahmat Federasiyasının rəsmi saytında Federasiya prezidenti Kirsan İlyumjinovun Prezident Şurasının Afinada keçirilən iclasında vəzifəsindən istefa verdiyi haqda xəbər verilib.
"Bilmirəm bu məlumat hardandı. Görünür kimsə zarafat etmək qərarına gəlib və ya arzularını reallıq kimi göstərib. Bu həqiqət deyil, Prezident Şurasının iclasında belə bir məsələ qaldırılmayıb. Bu həmən güclərdi ki, məni sanksiya siyahısına əlavə ediblər. Onlar bu haqda pərdə arxasında müzakirə aparırdılar, lakin Prezident Şurasında məsələ qaldırılmayıb" - deyə İlyumjinov bildirib.