“Mançester Siti”dən 32 milyonluq təklif

ESTAFET/ İngiltərənin “Mançester Siti” klubu yay transfer dövründə heyətini gücləndirməyə qərar verib. UEFA-nın Maliyyə Feyr-Pleyi üzündən avrokuboklardan kənarlaşdırdığı Premyer liqa təmsilçisi daxili arenada uğur qazanmaq üçün yeni transferlərə ehtiyac duyur.

“Şəhərlilər” Fransanın “Marsel” klubunun mərkəz müdafiəçisi Bubakar Kamaraya təklif göndərməyi planlaşdırır. Mançester klubu ona görə 32 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, 20 yaşlı müdafiəçi “Mançester Yunayted” və “Arsenal”ın da maraq dairəsindədir. Onun “Marsel”lə müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.

Müəllif: Natiq NƏSİROV