GƏNC TAEKVONDOÇULAR QİTƏ BİRİNCİLİYİNƏ GEDİR

ESTAFET/ Taekvondo üzrə gənclərdən ibarət milli komandamız Bolqarıstanın paytaxtı Sofiya şəhərində 21 yaşlı taekvondoçular arasında Avropa birinciliyində iştirak etmək üçün səfər edəcək.

 

Komandamız Əməkdar məşqçi Elnur Amanovun rəhbərliyi ilə qitə birinciliyinə 7 idmançı ilə mübarizə aparacaq. Belə ki, Fizam Mehtiyev (-58 kq), Məmmədalı Quliyev (-63 kq), Əliəsgər Əliyev (-68 kq), Səid Quliyev (-74 kq), Paniz Esmaeilpour (-46 kq), Gülhanım Yeşildal (-53 kq) və Daria Şkurko (-67 kq) Bolqarıstana gedəcək heyətdə yer alıb.

 

Aprelıin 6-da başlanacaq yarış üç gün davam edəcək. Bu yarışda, həmçinin beynəlxalq dərəcəli hakim Elşad Məmmədov ölkəmizi hakim qismində təmsil edəcək.

 

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərovun rəhbərliyi ilə sabah Sofiya şəhərinə yolanacaq idmançılarımız 10 apreldə vətənə dönəcək.