Avropa Liqasının oyunları Almaniyada keçirilə bilər

ESTAFET/ Futbol üzrə UEFA Avropa Liqasının oyunları 1/4 final mərhələsindən etibarən Almaniyada keçirilə bilər. ESPN kanalınını xəbərinə görə, yarış Frankfurtda mini-turnir şəklində olacaq. Şəhərdə lazımı infrastruktur var və 8 komandanın burada yerləşməsi mümkündür. 

Avropa Liqası 1/8 final mərhələsində dayandırılıb. Demək olar ki, bütün komandalar ilk oyunlarını keçiriblər. Yalnız İtaliya "İnter"i ilə İspaniya "Xetafe"si üz-üzə gəlməyib. 

Qeyd edək ki, Çempionlar Liqası oyunlarının Portuqaliyanın paytaxtı Lissabonda təşkili planlaşdırılır. UEFA avrokuboklarla bağlı qərarı iyunun 17-də İcraiyyə Komitəsinin iclasında açıqlayacaq. 

Müəllif: Bəhruz MƏMMƏDOV