“Milan” müdafiəçisini satır

ESTAFET/ “Milan”ın müdafiəçisi Teo Ernandes yenidən klubunu dəyişə bilər. PSJ 22 yaşlı arxa xətt oyunçusunu almağı planlaşdırır.

Fransızlar onu komandadan ayrılacaq Leven Kurzavaya ən layiqli əvəzləyici qismində görürlər. Klublar arasında danışıqlar müsbət məcrada davam edir. Fransalının transferinin “Milan”a yüksək məbləğdə qazanc gətirəcəyi bildirilir.

Qeyd edək ki, Teo Ernandes “Milan”a ötən ilin yayında 20 milyon avro qarşılığında “Real”dan keçib. 

Müəllif: Məsim MƏSİMZADƏ