"Barselona" darmadağınla qayıtdı

ESTAFET/ İspaniya La Liqasında XXVIII turun mübarizəsi davam edir. Çempionatın bərpasından sonra baş tutan ilk oyunlar çərçivəsində bu gün 4 görüş keçirilib.
Çempionatın lideri "Barselona" autsayderlər zonasında yer alan "Malyorka"nın qonağı olub. Kataloniya klubu matçın taleyini birinci hissədəcə həll edib. Fasiləyə qədər rəqibi 2 dəfə mərkəzə dəvət edən "Barsa" görüşün son dəqiqələrində daha 2 qolla fərqi 4 qola çatdıraraq, La Liqanın bərpasından sonrakı ilk oyunda darmadağınla qalib gəlib.
Günün digər görüşlərində əsasən turnir cədvəlinin aşağı pillələrində qərarlaşan komandalar meydana çıxıblar.
Qeyd edək ki, tura iyunun 14-də keçiriləcək 3 oyunla ("Atletik" - "Atletiko" (16:00), "Real" - "Eybar" (21:30) və "Real Sosyedad" - "Osasuna" (00:00) yekun vurulacaq.
İspaniya La Liqası
XXVIII tur
13 iyun 2020
"Espanyol" - "Alaves" 2:0
Qollar: Bernardo 45+3, U Li 47
"Selta" - "Vilyarreal" 0:1
Qol: Trigeros 90+1
"Leqanes" - "Valyadolid" 1:2
Qollar: Oskar 84 (pen.) : Enes Ünal 2, Alkaraz 54
"Malyorka" - "Barselona" 0:4
Qollar: Vidal 2, Braytvayt 37, Alba 80, Messi 90+3
