"Fiorentina" baş məşqçisini dəyişir

ESTAFET/ "Fiorentina" baş məşqçi postunda dəyişiklik etməyə hazırlaşır. A seriyası təmsilçisi mövsümün sonunda Cüzeppe Yakini ilə yollarını ayırmaq niyyətindədir.
Florensiya klubu yeni baş məşqçisini də artıq müəyyənləşdirib. Rəhbərlik "Sassuolo"nun çalışdırıcısı Roberto De Çerbi ilə danışıq aparır. Rəhbərlik ona illik 1,4 milyon avro maaş təklif edib. Ancaq "Sassuolo" da çalışdırıcısını buraxmaq istəmir və bu üzdən yüksək məbləğdə maaş qarşılığında onu saxlamağa çalışır.
Qeyd edək ki, Cezeppe Yakini ötən ilin dekabrından "Fiorentina"ya rəhbərlik edir. Komanda hazırda 30 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşır.
