Ben-Yedder ÇL-yə görə klubundan ayrılmaq istəyir

ESTAFET/ “Monako”nun hücumçusu Vissam Ben-Yedder komandasını dəyişmək fikrinə düşüb. 29 yaşlı forvard bu istəyini artıq rəhbərliyə çatdırıb.

Ben-Yedder Çempionlar Liqasında iştirak etməyi arzulayır və həmin turnirə vəsiqə qazanan klublardan birinə keçmək niyyətindədir. Knyazlıq klubu Fransa millisinin üzvünün xahişini nəzərə alaraq, təklifləri dəyərləndirmək qərarına gəlib.

Qeyd edək ki, Vissam Ben-Yedder erkən başa çatdırılan mövsüm 31 oyunda 19 qol, 9 assistə imza atıb və komandasının bombardiri olub.

Müəllif: Bəhruz MƏMMƏDOV