“Akhisarspor” klubunda 12 nəfər koronavirusa yoluxub

ESTAFET/ Türkiyənin “Akhisarspor” klubunda 12 nəfər koronavirusa yoluxub. Bu barədə TFF 1-ci liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, klubda aparılan koronavirus testinin nəticəsində 2 məşqçidə, 3 futbolçuda və 7 digər işçidə infeksiya aşkarlanıb.
Türkiyə mətbuatının iddiasına görə, virusa yoluxanlar arasında komandanın baş məşqçisi Yılmaz Vural da var.
Yoluxanların karantinə alındığı və müalicəsinə başlandığı diqqətə çatdırılıb.
