“Arsenal”da ciddi itkilər

ESTAFET/ İngiltərənin “Arsenal” klubu ciddi itkilərlə üzləşib. London təmsilçisi Qranit Caka və Pablo Marinin xidmətindən məhrum olub. Bu barədə “topçular”ın rəsmi saytı məlumat yayıb. Xəbərdə Cakanın azı həftəlik, Marinin isə qeyri-müəyyən müddətə sıradan çıxdığı diqqətə çatdırılıb.
Qeyd edək ki, hər iki futbolçu Premyer Liqanın 28-ci turu çərçivəsində keçirilmiş “Mançester Siti” ilə səfər oyununda zədələnmişdi.
