AZƏRBAYCAN ŞAHMAT TARİXİNDƏ İLK YAŞANACQMI?
ESTAFET/ Aprelin 11-dən etibarən Latviyanın paytaxtı Riqa şəhərində qadın şahmatçılar arasında növbəti Avropa Çempionatı start götürəcək.
Çempionatın rəsmi saytında olan məlumata görə, 22 aprel tarixinədək davam edəcək mübarizə üçün bugünədək 33 ölkədən 144 zəka ustası qeydiyyatdan keçib. Həmişə olduğu kimi, bu dəfə də ən böyük nüməyəndə heyəti şimal qonşularımızındı - ruslar çempionata 25 şahmatçı ilə qatılacaq. Çempionatın reytinq favoritləri isə Ukrayna şahmatçıları Anna (2587) və Mariya (2546) Muzıçuk bacılarıdı.
Çempionatda iştirak üçün 9 şahmatçımız qeydiyyata alınıb. Beləliklə, Azərbaycanı zəkaların mübarizəsində aşağıdakı şahmatçılar təmsil edəcəklər:
1. (50) Gülnar Məmmədova - 2357
2. (55) Günay Məmmədzadə - 2348
3. (62) Zeynəb Məmmədyarova - 2322
4. (70) Ülviyyə Fətəliyeva - 2287
5. (76) Türkan Məmmədyarova - 2267
6. (86) Xəyalə Abdulla - 2241
7. (87) Nərmin Məmmədova - 2240
8. (101) Xanım Balacayeva - 2196
9. (119) Gövhər Beydullayeva - 2054
Qeyd edək ki, Azərbaycan şahmat tarixində - istər kişilər, istərsə də qadınlarda - indiyədək heç bir şahmatçımız klassik şahmat üzrə fərdi Avropa çempionatlarında medal (əyarından asılı olmayaraq) qazana bilməyib. Amma Zeynəblə Türkanın dolğun təcrübəsi, Gülnarın keçən ilki Olimpiya qızılı və klublararası Avropa gümüşü, 17 yaşlı gənc Günay Məmmədzadənin proqressiv çıxışı bu il üçün şahmatsevərləri ümidləndirir. Ülviyyə, Xəyalə və Nərmin potensiallarını tam olaraq nümayiş etdirsələr uğurlu çıxış qaçılmazdır. Yeniyetmə Xanım və Gövhər üçün isə çempionat böyük təcrübə meydanı olacaq. Hər bir şahmatçımıza uğur arzulayırıq!
*Şahmatçılarımızın adlarının qarşısındakı mötərizədə onların ümumi sıralamadakı yerləri göstərilib.