Yığmamızın Millətlər Liqasında oyunlarının təqvimi açıqlandı

ESTAFET/ Futbol üzrə UEFA Millətlər Liqasında 2020/21 mövsümünün qrup mərhələsinin yeni təqvimi açıqlanıb. Azərbaycan yığmasının oyunları sentyabr-noyabr aylarında baş tutacaq.
C Liqasında mübarizə aparacaq yığmamız 1-ci qrupda Lüksemburq, Kipr və Monteneqro ilə üz-üzə gələcək.
Martın 4-də açıqlanan təqvim koronavirus pandemiyası ilə bağlı cüzi dəyişikliklərə uğrayıb. Bu qrupda ilk iki turun oyunlarının tarixi dəyişməz qalıb. Komandamızın oktyabrdakı görüşləri bir, noyabrdakı görüşləri isə iki gün əvvələ keçirilib.
I tur, 5 sentyabr 2020
20:00. Azərbaycan - Lüksemburq
20:00. Kipr – Monteneqro
II tur, 8 sentyabr 2020
22:45. Kipr - Azərbaycan
22:45. Lüksemburq – Monteneqro
III tur, 10 oktyabr 2020
17:00. Monteneqro - Azərbaycan
17:00. Lüksemburq – Kipr
IV tur, 13 oktyabr 2020
20:00. Azərbaycan - Kipr
22:45. Monteneqro – Lüksemburq
V tur, 14 noyabr 2020
21:00. Azərbaycan - Monteneqro
21:00. Kipr – Lüksemburq
VI tur, 17 noyabr 2020
23:45. Lüksemburq - Azərbaycan
23:45. Monteneqro - Kipr
