Bu gün idman jurnalistlərinin peşə bayramıdır
ESTAFET/ Bu gün idman jurnalistlərinin peşə bayramıdır. 2 iyul dünyada Beynəlxalq İdman Jurnalistləri Günü kimi qeyd olunur.
Məhz bu tarixdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) yaradılıb. 1924-cü ildə Fransanın paytaxtı Parisdə Olimpiada öncəsi bir boks rinqində yaradılan bu təşkilatın artıq 96 yaşı tamam olur.
Assosiasiyaya 150-dən artıq ölkənin milli təşkilatı üzvdür. Ölkəmizdə idman mətbuatını birləşdirən təşkilat 1995-ci ildə yaradılan və Azərbaycanın əməkdar jurnalisti Eldar İsmayılovun prezidenti olduğu Azərbaycan İdman Jurnalistləri Assosiasiyasıdır (AİJA). AİJA yarandıqdan bir il sonra AIPS-in müvəqqəti, 1997-ci ildən tamhüquqlu üzvüdür.
“Estafet” portalı olaraq, bütün idman jurnalistlərini təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq.