AFFA Premyer Liqaya yeni hakimləri təsdiqlədi

ESTAFET/ AFFA Hakimlər Komitəsi 2020/21 mövsümündə Azərbaycan Premyer Liqası və Birinci Divizionda fəaliyyət göstərəcək bir neçə yeni referi və referi köməkçisini təsdiqləyib. Bu barədə qurum rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, Rəşad Əhmədov Premyer Liqa referisi, Kamran Bayramov isə köməkçi kimi təsdiqlənib.

Bundan başqa, Tural Qurbanov Birinci divizion matçlarına baş hakim, Hidayət Feyzullayev, Tərlan Talıbzadə və Vüsal Məmmədov isə köməkçi kimi təyin olunacaqlar.

Müəllif: Natiq NƏSİROV