“Sabah” Sopiçi istefaya göndərdi
ESTAFET/ “Sabah” klubu baş məşqçi Jelko Sopiçlə yollarını ayırıb. Bu haqda paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Jelko Sopiçə kluba göstərdiyi xidmətlərə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.
Qeyd edək ki, Sopiçlə yanaşı, köməkçisi Marko Lozo və fiziki hazırlıq üzrə mütəxəssis İvan Çukoviçlə də yollar ayrılıb.