“Bundan gözəl hiss ola bilməz”: Ziya Rəcəbov
ESTAFET/ Qadın voleybolçulardan ibarət “Cakarta” klubu ilə İndoneziya çempionu olan baş məşqçi Ziya Rəcəbov Azərbaycana qayıdıb. Gənc mütəxəssisin özü bu barədə feysbuk səhifəsində paylaşım edib.
Cakartadan Türkiyənin İstanbul şəhərinə gəlib, 2 gün orda qaldıqdan sonra Bakıya dönən Rəcəbov paytaxtdan birbaşa doğulduğu Ağsu rayonuna yollanıb.
O bildirib ki, həddən artıq sevinclidir: “Bundan gözəl hiss ola bilməz”.
Qeyd edək ki, Rəcəbov mart ayından koronovirus pandemiyasına görə Azərbaycana qayıda bilmirdi.