Kosovo millisinin üzvü Fransa klubunda

ESTAFET/ “Latsio”nun futbolçusu Valon Berişa karyerasını Fransada davam etdirəcək. 27 yaşlı yarımmüdafiəçi “Reyms” klubuna transfer olunub.

Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. Berişa ilə müqavilə 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

Kosovo milli komandasının da üzvü olan yarımmüdafiəçi 2018-ci ildən “Latsio”da idi. Berişa 2020-ci ilin yanvarında Almaniyanın “Fortuna” klubuna icarəyə verilmişdi.

Müəllif: Bəhruz MƏMMƏDOV