Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
"Qarabağ" Miçellə yollarını ayırdı -
"Qarabağ" Miçellə yollarını ayırdı

ESTAFET/ "Qarabağ" ispaniyalı yarımmüdafiəçisi Miçel Maderayla yollarını ayırıb. Azərbaycan çempionu 35 yaşlı futbolçuyla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyini rəsmən bəyan edib.

Miçel Ağdam təmsilçisində ümumilikdə 155 matçda meydanda olub və 25 qola imza atıb.

"Qarabağ" 2015-ci ildən şərəfini qoruyan legionerə göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayır.

Müəllif: Orxan NOVRUZOV