Qəbələdəki matçın başlanma saatı və hakimi bəlli oldu

ESTAFET/ Avrokuboklardakı təmsilçilərimiz olan "Qarabağ"la "Keşlə" arasında sabahkı yoxlama matçının başlanma saatı müəyyənləşib. Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 17:30-da başlayacaq.
Məlumdur ki, hər iki komanda avrokuboklara hazırlıqlarını paytaxtda kənarda keçirir. "Qarabağ" Qəbələ" təlim-məşq toplanışındadısa, "Keşlə" Şamaxıda hazırlıq keçir.
Qarşılaşmaya göndəriləcək hakimlər də bilinir. Belə ki, oyunu Şəkidən, Premyer Liqamızda xeyli vaxtdı iş başında olan Rəvan Həmzəzadə idarə edəcək. Ona həmşəhərlisi Rəşadət Cəfərov və Oğuzdan Müslüm Mövludov kömək edəcək. Bu yan xətt hakimləri aşağı liqlalarda idarəçilik edirlər. Hazırda paytaxtda sərt karantin rejimi olduğundan Qəbələyə qonşu bölgələrdən hakimlər göndərilməli olub.
Xatırladaq ki, "Qarabağ" ölkəmizi Çempionlar Liqasında, "Keşlə" Avropa Liqasında təmsil edəcək. (sport24.az)
