Kasilyas heç bir matça çıxmadan çempion oldu

ESTAFET/ Futbol üzrə İspaniya milli komandasının sabiq qapıçısı İker Kasilyas növbəti tutuluna yiyələnib. O, Portuqaliya çempionu adını qazanıb.

Mövsümün nəticəsinə görə yarışın qalibi "Portu" komandası olsa da, Kasilyas il ərzində heç bir rəsmi matçda iştirak etməyib. Buna baxmayaraq, ona da çempionluq medalı təqdim olunub.

Xatırladaq ki, Kasilyas 2019-cu ilin mayında “Portu”nun məşq bazasında infarkt keçirib. O, bundan sonra peşəkar səviyyədə matçlarda iştirak edə bilməyib. Qışda bildirilirdi ki, ispan futbolçu karyerasını başa vurmağa qərar verib. (sport24.az)

Müəllif: Məsim MƏSİMZADƏ