Matiç sabah imza üçün Azərbaycana gələcək
ESTAFET/ “Qarabağ” yeni transferinin adını rəsmən açıqlamağa hazırlaşır. Uroş Matiç sabah Azərbaycana gələcək.
Ölkə çempionu serbiyalı yarımmüdafiəçinin bütün sənəd məsələlərini həll edib və indi səbirsizliklə yolunu gözləyir. Eyni zamanda, o da öz üzərinə düşən işi görüb.
31 yaşlı legioner müqavilə ilə məxsus olduğu “Kopenhagen” ilə danışıqları uğurla başa çatdırıb və transfer vərəqini alıb. 2017-ci ildə Danimarka klubu ilə 4 illik müqavilə bağlayan Matiç sabah Bakıda tibbi müayinədən keçəcək.
Səhhətində bir problem üzə çıxmasa, Ağdam təmsilçisi “Mançester Yunayted”in ulduzu Nemanya Matiçin balaca qardaşıyla 2+1 illik kontrakt imzalayacaq (sportinfo.az).