"Yuventus" Merih üçün olan təklifi rədd etdi

ESTAFET/ "Yuventus"un müdafiəçisi Merih Dəmiral İngiltərədən təklif alıb. "Lester" Türkiyə millisinin üzvünü transfer etmək niyyətindədir.

Premyer Liqa təmsilçisi 22 yaşlı mərkəz müdafiəçisi üçün 30 milyon avro təklif edib. Lakin Turin klubu bunu düşünmədən rədd edib. Buna baxmayaraq, ingilislər daha bir təkliflə "qoca sinyora"nın qapısını döyməyə hazırlaşır.

Qeyd edək ki, Merih Dəmiral "Yuventus"a ötən il "Sassuolo"dan keçib. (apasport.az)

Müəllif: Natiq NƏSİROV