Toğrul Əsgərov - Avropanın ən yaxşısı

ESTAFET/ Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində Milli Olimpiya Komitələrinin Assosiasiyasının 20-ci Baş Assambleyası keçirilib. Assambleyada Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimov, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-nin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva iştirak edirlər.
2012-ci il London Yay Olimpiya Oyunlarının və Bakıda keçirilən ilk Avropa Oyunlarının qalibi sərbəst güləşçimiz Toğrul Əsgərov Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilən Milli Olimpiya Komitələrinin Assosiasiyasının 20-ci Baş Assambleyasında mükafatlandırılıb.
Güləşçimiz Avropa qitəsinin ən yaxşı kişi idmançısı adına layiq görülüb. Mükafatı Toğrul Əsgərova Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki təqdim edib.
