Millinin heyətində dəyişiklik oldu
ESTAFET/ 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik olub. Baş məşqçi Milan Obradoviç komandaya daha bir futbolçu çağırıb.
Bu, "Qəbələ” klubunun üzvü Rüfət Əhmədovdur. O, Avropa çempionatının seçmə mərhələsində sentyabrın 7-də, saat 21:00-da, “Kapital Bank Arena”da Fransa komandası ilə qarşılaşacaq Azərbaycan yığmasının hazırlıq prosesinə qoşulub.