AFFA rəsmisi UEFA-nın tədbirində

UEFA-nın Türkiyədə nümayəndəliyi fəaliyyətə başlayacaq.
Bu gün İstanbulda nümayəndəliyin açılış mərasimi keçiriləcək. AFFA-nı tədbirdə icraçı vitse-prezident Sərxan Hacıyev təmsil edəcək. Açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, UEFA rəhbəri Aleksander Çeferin və bir neçə federasiya rəhbərlərinin iştirakı gözlənilir.
